Son 3 ayda Ukraynaya buraxılmayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

SOSİAL 07 dek 2021, 18:41
Ukraynada son 3 ayda ölkəyə buraxılmayan və ölkədən deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il sentyabrın 1-dən noyabrın 30-a qədər

626 Azərbaycan vətəndaşı Ukrayna ərazisinə buraxılmayaraq geri qaytarılıb.

Eyni dövr ərzində Ukraynadan 19 Azərbaycan vətəndaşı deportasiya olunub.

Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top