“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, hadisə ticarət mərkəzindəki anbarlardan birində əmələ gəlib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.