Kürdəmirdə ağır yol qəzasında qadının beli sındı

HADİSƏ 07 dek 2021, 08:56
Kürdəmir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məmmədova Xalist Qara qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona L2 fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Fakt araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top