Əfqanıstanda bir sıra Avropa ölkələrinin birgə diplomatik nümayəndəliyi açıla bilər

DÜNYA 04 dek 2021, 22:24
"Fransa bir sıra Aİ ölkələrilə Əfqanıstanda “Taliban”ı rəsmən tanımamaq şərtilə birgə diplomatik nümayəndəlik açmaq barədə danışıqlar aparır".

“Report” “Reuters"ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Emmanuel Makron Dohada jurnalistlərə bildirib.

“Bu addım “Taliban”ı tanımaq siyasəti, yaxud onlarla siyasi dialoq demək deyil. Həmin nümayəndəliyi ən tez müddətdə açmağa çalışacağıq” – deyə ölkə başçısı qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top