Politoloq: “Türkiyə silahının dünya şöhrəti qazanmasında Azərbaycanın xüsusi yeri var”

GÜNDƏM 04 dek 2021, 17:03
“Azərbaycan öz ordusunun silah və sursatla təminatını digər ölkələrdən deyil, məhz Türkiyə vasitəsi ilə təmin etməsi, bu iki qardaş ölkənin bir-biriylə nə qədər yaxın olmasını bir daha sübut edir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloq diqqətə çatdırıb ki, digər maraqlı və əhəmiyyətli tərəf isə Azərbaycanın Türkiyədən silah alan ölkələr içində Amerika Birləşmiş Ştatlarından sonra ikinci olmasıdır:

Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan

“Amerikadan sonra ikinci olmaq qürurvericidir. Biz arzu edərdik ki, yaxın gələcəkdə Azərbaycanın ən çox silah aldığı ölkələr içində Türkiyə ikinci və hətta birinci ölkə olsun. Yəni, Türkiyə silah və hərbi texnika sahəsində o qədər inkişaf etsin ki, həm Azərbaycan, həm də keçmiş SSRİ-yə daxil olan Türk dövlətləri bütün silah və hərbi texnika ehtiyaclarını məhz Türkiyə vasitəsi ilə həyata keçirsinlər”.

Ə.İbrahimov vurğulayıb ki, Türkiyənin hərbi sursat və texnika istehsalı üzrə nailiyyətlər qazanması, eyni zamanda Azərbaycanın uğur qazanmasıdır: “Çünki bu iki qardaş ölkə müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla əməkdaşlıq edir. Heç kimə sirr deyil ki, Azərbaycanın ixrac etdiyi hərbi texnologiyalar içində Türkiyə ilə birgə hazırladığı silahlar özünəməxsus yer tutur. Türkiyə silahının dünya şöhrəti qazanmasında Azərbaycanın xüsusi yeri var. Bu gün "Bayrakdar TB2"-nin adı ikinci Qarabağ müharibəsi ilə birgə çəkilir. Qarabağda Azərbaycanın qazandığı nailiyyətlərdən danışanlar Türk hərbi sənayesinin bu iftixarını qeyd etmədən keçmirlər. Məhz Qarabağ döyüşündən sonra irili-xırdalı xarici dövlətlər bu silahı Türkiyədən almaq üçün növbəyə dayanıblar. Deməli, Azərbaycanla Türkiyənin hərbi texnologiya sahəsində əməkdaşlığı hər iki ölkənin ümumi mənafeyinə xidmət edir və əməkdaşlığın gələcəyi parlaqdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top