Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, dünyanın bir çox ekspertinin qatılacağı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.
Məlumata görə, Hikmət Hacıyev “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.
Bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.
İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor, vətəndaş cəmiyyəti quruluşları, həmçinin beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edəcəklər.
Demokrat.az