Rəsul Quliyev: “Prezident İlham Əliyev təkbətək görüşdə Paşinyanı başa salacaq”

GÜNDƏM 03 dek 2021, 11:08
“Paşinyan “Dağlıq Qarabağ” mövzusu ilə əl qolunu bağlamaq istəmir. O, bu məsələnin müzakirəsini istəmir, ancaq erməni revanşistlərin ağızlarını yummaq üçün istəmədiyi bəyanatları verir, Azərbaycan kimi filin yanında milçək olan Araik Arutyunyanla görüşür, heç bir mənası olmayan söhbətlər aparır, onun ağzına bir az da pul atır, vəssəlam. Prezident Əliyevin Brüsseldə Paşinyanla görüşünün çox böyük əhəmiyyəti olmalıdır. Birincisi, Paşinyan Qarabağda heç bir santimetr erməni torpağı olmadığını elan etməlidir. İkincisi, “Bu gün Xankəndidə yaşayanların Azərbaycan vətəndaşları olduğunu və Azərbaycan qanunları ilə yaşamalıdır” mövqeyini təsdiqləməlidir”.

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

Sabiq spikerin sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazilərinin bütövlüyünü qəbul etməsin: “Ermənistanın baş naziri bunu qəbul etdiyini bəyan etməlidir. Avropa İttifaqına üzv dövlətlərin başçıları  regionda əmin-amanlığın Ermənistanın atacağı addımların yuxarıda sadaladığım müddəalardan keçdiyini qəbul etməli və Paşinyanı bu addımları atmağa sövq etməlidirlər. Paşinyanın Azərbaycan və Türkiyə ilə sərhədlərini açıb ticarətə başlaması ölkəyə azı 5 milyard dollar qazanc gətirə bilər və onun müstəqilliyinə heç bir xələl gətirməz. Rusiyadan ildə 1 milyard dollara qədər pul qoparıb boynu bükülü gəzməkdənsə, bu variant daha yaxşıdır. Ermənistan, nəhayət, real müstəqil ola bilər. Əminəm ki, Prezident Əliyev təkbətək görüşdə Paşinyanı başa salacaq. Paşinyan özü də müstəqil siyasət aparmaq istəyir. Bu görüşün çox böyük əhəmiyyəti olmalıdır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top