Bakıda bu ərazilərdə bayram çadırları quruldu — QİYMƏTLƏR

SOSİAL 03 dek 2021, 09:09
Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlayıb.

Demokrat.az xəbər verir ki, bayram yarmarkaları metronun "Neftçilər", "Gənclik", "İnşaatçılar, "Nəriman Nərimanov" və ''Azadlıq'' stansiyalarının yaxınlığında qurulur.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov "Xəzər Xəbər"ə deyib ki, ümumilikdə paytaxtın 12 rayonunda 20-yə yaxın bayram çadırı fəaliyyət göstərəcək.

Yarmarkalarda əsasən müxtəlif ölçülü yolkalar, şaxta baba-qar qız oyuncaqları və müxtəlif suvenirlər satışa çıxarılıb. Rusiya, Türkiyə və Çin istehsalı olan yolkalar müxtəlif qiymətə təklif edilir. Bəzədilmə zamanı istifadə edilən işıqların qiyməti isə 3-18 manat arasında dəyişir.

İntiqam Məmmədov əlavə edib ki, təklif edilən məhsullar digər satış obyektləri ilə müqayisədə 10 faiz ucuz olacaq. Yarmarkalar bayram günləri bitənə kimi fəaliyyət göstərəcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top