Xalq artistinin oğlu əlil arabasında gəzir

MƏDƏNİYYƏT 02 dek 2021, 23:55
Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmmədin ayaqları tutulub.

Axşam.az xəbər verir ki, "Elgizlə izlə" proqramına qatılan Məmməd studiyaya əlil arabasında gətirilib. Onkoloji xəstəlikdən əziyyət çəkən Məmmədin eyni zamanda böyrəyində problem var.

"Vəziyyətim çox pisdir. Durub gəzə bilmirəm, əlim və ayağım tutulub. Bilmirəm səbəbi nədir. Deyirlər insult keçirmisən" deyə, Məmməd söyləyib. 
Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkir. O, eyni zamanda 6 ildir dializə gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top