Yaralı zabitlər: “Helikopter meydançaya eniş edən zaman yerə çırpıldı”

GÜNDƏM 01 dek 2021, 17:49
"Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalıydı. "Sanqaçal" aerodromundan "Qaraheybət" aviasiya poliqonuna getməliydik".

Bunu "Report"a Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib: "Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinasında oturmuşdum. Hadisəni tam təfərrüatları yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam".

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı: "Helikopter desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin giriş yanında əyləşmişdim. Heç bir şübhəli məqam yox idi"

"Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var", - o vurğulayıb.

Qəza zamanı yaralanan DSX-nin kapitan Ramin Ədilov söyləyib ki, enişə gələn zaman birdən birə helikopterdə idarəetmə itib: "Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır".



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top