Qaxda yol qəzasında bir neçə nəfər xəsarət alıb, kənd qazsız qalıb

SOSİAL 30 noy 2021, 23:52
Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Marsan kəndində qeydə alınıb.

Qax rayonunun Fıstıqlı kənd sakini, İbrahim Rəhimov idarə etdiyi "VAZ-2106" markalı 34-BH-052 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənd sakininə məxsus həyətyanı sahənin dəmir hasarına və qaz xəttinə çırpılıb. Qəza zamanı İ.Rəhimov və sərnişin Ceyhun Nurullayev müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı qaz borusunun zədələnməsi səbəbindən Marsan kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top