İstanbulda fırtınaya görə məktəblər bir günlük bağlanacaq

REGİON 29 noy 2021, 21:55
İstanbulda təbii fəlakətlə əlaqədar məktəblər noyabrın 30-da bağlanacaq.

Bu barədə İstanbul valisi Əli Yerliqaya özünün “Twitter” səhifəsində yazıb.

Vali bildirib ki, İstanbulda təhsil bir günlük onlayn olaraq davam edəcək.

Qeyd edək ki, bu gün fırtına və güçlü külək İstanbulda 4 nəfərin həyatına son qoyub, 38 nəfər yaralanıb.Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) təbii fəlakətdən qorunmaq üçün istanbullulara ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top