Füzulidə minaya düşən hərbçilərin ayaqları amputasiya edildi

HADİSƏ 29 noy 2021, 10:01
Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.

Demokrat.az xəbər verir ki, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top