Qərb Ərdoğanı buna görə devirməyə çalışır — Markov

REGİON 27 noy 2021, 23:42
Aydındır ki, ABŞ və AB Türkiyədəki son vəziyyətdən istifadə etməyə cəhd göstərir.

Demokrat.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Sputnik”ə açıqlamasında Türkiyədə milli valyuta dalğalanması haqda danışarkən deyib.

“Onların ölkədə siyasi vəziyyəti daha da pisləşdirəcək yeni təşəbbüslərlə çıxış edəcəklərini gözləmək lazımdır. Seçkilərə hələ iki il var. Bu müddət ərzində Ərdoğanın mövqeyini düzəltməyə imkan verəcək hadisələr baş verə bilər. Bununla belə, hazırda rəqibin hesabı yaxşıdır. Bəlkə də indiyə qədər görülən ən yüksək nöqtədədir. Şübhəsiz ki, bu gün hakimiyyətə gələ biləcək müxalifət ABŞ və AB-nin tərəfindədir. Qərb isə Rusiya ilə də yaxşı münasibətləri olduğu üçün Ərdoğanı devirməyə çalışır.

Ərdoğan ancaq Moskva və Pekindən real dəstək ala bilər. Türkiyə Avrasiya İqtisadi Birliyinə üzv ola bilər. Bu, Rusiya və Türkiyəni çox gücləndirər”, - deyə Markov bildirib./Axar.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top