Gürcüstanda yeni ştamma görə yeni qaydalar müəyyənləşdi

REGİON 27 noyabr 2021, 20:28
Gürcüstan Afrika qitəsində koronavirusun yeni “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq 8 ölkənin vətəndaşlarının ölkəyə daxil olması üçün yeni qaydalar tətbiq edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Noyabrın 28-dən qüvvəyə minəcək qərara əsasən, son 14 gün ərzində Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Svazilend, Mozambik və Malaviyə səfər edən və Gürcüstana gələn istənilən şəxs vətəndaşlığından asılı olmayaraq, 14 günlük özünütəcrid rejimində qalacaq. Bu müddət başa çatandan həmin şəxslər PCR test verməli olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top