“Bu gün biz çox konstruktiv işlədik”

GÜNDƏM 26 noy 2021, 21:50

“Bu gün biz çox konstruktiv işlədik. Bu, yaranmış vəziyyətin dərin təhlili idi”.

Bunu Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli danışıqların yekunları barədə danışarkən Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Üçtərəfli görüşümüzün yekununda mən bir daha Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə bu gün Rusiyaya gəlməyə və Qarabağ problemi, eləcə də bütövlükdə regionda münaqişənin nizamlanması üzrə yaranmış vəziyyəti müzakirə etməyə razılıq verdiklərinə görə təşəkkür etmək istərdim”, - deyə Putin bildirib.

Qeyd edək ki, Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında Soçidə baş tutan görüş üş saata yaxın davam edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top