"Prezident subliminal mesaj verərək diqqətə çatdırdı ki..."— ŞƏRH

GÜNDƏM 26 noy 2021, 19:59
“Bu gün Soçidə keçirilən üçtərəfli görüş mühüm əhəmiyyətə malikdir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib.

Politoloq vurğulayıb ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur:

“Hazırda bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edilir. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoqların şahidi oluruq. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Bu gün Soçidə baş tutan görüşdə də hər iki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafının dilə gətirilməsi bunu bir daha sübut edir. Azərbaycan-Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Qeyd edim ki, görüşdə Prezident İlham Əliyev 2020-ci ilin 10 noyabr atəşkəs Bəyanatından bu günə kimi cəbhədə yaşanan insidentlərdən danışdı. Prezident bu məsələyə toxunaraq bildirdi ki, rus sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib. Bununla da, Prezident subliminal mesaj verərək diqqətə çatdırdı ki, sülhməramlıların vəzifəsi insidentlərin qarşısını almaqdır. Hesab edirəm ki, Soçi görüşü Azərbaycanın lehinə yönəldi və Rusiya tərəfi bildirdi ki, sərhədlər Sovet ittifaqı xəritələri əsasında təyin edilsin. Bu xəritələrə əsasən Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Həmçinin erməni anklavaları da Azərbaycana qaytarılacaq”.

Politoloq bildirib ki, Rusiyanın Azərbaycan qonşuluğu ilə münasibətlərinin tarixi ənənələri var:

“Bəzi hallarda münasibətlər mürəkkəb şəkildə inkişaf edib. Xüsusən də, 90-cı illərin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri çox çətin şəraitdə idi. Lakin Putinin hakimiyyətə gəlməsindən sonra Azərbaycanla olan münasibətlər hər iki tərəfin maraqlarına cavab verən əsaslara söykənməyə başladı. Bu gün iki ölkənin münasibətləri Cənubi Qafqaz və Xəzər regionunda mühüm əhəmiyyət kəsb edir və siyasi arxitekturanın təməlini təşkil edir. Bu gün Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulur. İki ölkənin münasibətlərinin bu səviyyədə olmasına nikbin yanaşırıq”.
Politoloq: “Xankəndində yaşayan heç bir şəxsdə xarici dövlətin pasportu  olmamalıdır” | RealMedia.az

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top