Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat oldu

SOSİAL 26 noy 2021, 11:58
Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top