Pandemiya dövründə Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir? — FOTOLAR

SOSİAL 26 noy 2021, 10:53
Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir.

"COVID-19" pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə əsasən, iki ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılıb. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb. Dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilib.

Son səkkiz ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay, qənd, halva,  xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib, nəticədə orta hesabla rayonda 15-17 milyon manatdan artıq vəsaitə qənaət olunub. 

Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 1000-1200 manatla yola vermək olur. 

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.










Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top