Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

SOSİAL 25 noy 2021, 14:47
Bakıdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Demokrat.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top