"Paşinyan bir neçə cəbhədə oynamağa çalışır"— DEPUTAT

GÜNDƏM 24 noy 2021, 20:05
“Son vaxtlar Paşinyan əsl erməni xisləti ilə bir neçə cəbhədə oynamağa çalışır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat vurğulayıb ki, Paşinyan çox yaxşı anlayır ki, onun bu oyunları özünə çox baha-başa gələ bilər:

“Dövlət olaraq adlandırılan Ermənistan Rusiyanın yaratdığı bir layihədir, həmişə də bu ölkənin taleyində Rusiyanın hərtərəfli rolu olub. Ancaq Nikol Paşinyanın Qərb dövlətləri ilə sövdələşməyə getməsi, hesab edirəm ki, hətta dövlətçiliyinin itirlməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, görünən odur ki, Cənubi Qafqaz bölgəsi uğrunda tək Rusiyanın yox, həm də Qərbin maraqları var. Burada ABŞ, Fransa və digər ölkələrin adlarını qeyd etmək olar. Amma Rusiya həmişə olduğu kimi, burada əsas oyunçulardan olduğunu göstərməyə çalışır. Artıq burada Türkiyəni də qeyd etməliyik. Çünki hər iki ölkə əslində digər dövlətlərin daxil olmasına, ümumiyyətlə, hansısa bir məsələdə söz sahibi olmalarına icazə vermək niyyətində deyillər. Biz bunu bu günlərdə daha aydın gördük və belə desək ki, bu məsələdə Paşinyanın başı daşa dəydi. Vladimir Putin zəngiylə bir daha ona nə etməli olduğu xatırlatdı. Paşinyana xatırladıldı ki, o, ABŞ-a, Fransaya, Avropa Birliyinə və digər ölkələrə yox Rusiyanın dediklərinə əməl etməli və üçtərəfli bəyannamənin bütün şərtlərinə riayət etməlidir”. 

Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında danışan deputat diqqətə çatdırıb ki, bu görüşdə 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərin icra olunması masaya çıxardılacaq: “Hesab edirəm ki, regionda sabitliyin möhkəmləndirilməsi, qorunması üçün hansı addımların atılacağı da müzakirə ediləcək. Həmçinin, nəqliyyat əlaqələrin bərpası, iqtisadi əlaqələr, sərhədlərin delimitasiya və demarkasiya məsələləri də gündəmdə olacaq. Düşünürəm ki, bunların hər biri geniş şəkildə müzakirə olunacaq. Paşinyan məğlub olmuş ölkənin rəhbəridir və o, başa düşməlidir ki, üçtərəfli bəyanatın bəndlərinə bir-bir əməl etməyə məcburdur. O bunu almalıdır, çünki geriyə yolu yoxdur. Əgər digər fikirlərə düşərsə, nəticələri onun üçün çox ağır olacaq. Onun əməlləri Ermənistanın dövlət kimi süqutuna gətirib çıxarda bilər”.

Millət vəkilinin sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya və demarkasiyası, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması bölgəyə sabitlik, sülh, əmin-amanlıq gətirəcək: “Bu, tək Azərbaycan üçün yox, bütün bölgə dövlətləri və dünya üçün vacib elementlərdir, məsələlərdir. Azərbaycanın bu məsələdə mövqeyi aydın və açıqdır. Görüşün harada olmasından asılı olmayaraq, Azərbaycan prezidenti İlham Əliyev həmin mövqe ilə gedir. Ermənistan sadəcə burada öz üzərinə düşən bütün vəzifələri yerinə yetirməlidir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top