Azərbaycanda polis yol qəzasında həlak oldu

HADİSƏ 24 noy 2021, 09:35

Gəncədə polis yol qəzasında ölüb.

Oxu.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı R. Əliyev xəsarət alıb. O xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top