Fərhad Xəlilov “Əmək” ordeni ilə təltif edildi

İNCƏSƏNƏT 23 noy 2021, 17:23
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, o, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top