Bolqarıstanda avtobus qəzaya uğradı — 46 nəfər yanaraq öldü

DÜNYA 23 noy 2021, 08:56
Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.

Demokrat.az xəbər verir ki, bu barədə BGNES agentliyi hadisə yerindən məlumat yayıb.

Məlumata görə, insident yerli vaxtla təxminən saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-da) radələrində baş verib. Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.

NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü bildirib. Ölənlər arasında avtobusun sürücüsü də var. Qeyd edilir ki, qəza zamanı daha 7 nəfər xəsarət alıb. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.

Hadisə yerində təhqiqat işləri davam edir.

Şimali Makedoniyanın Baş naziri Zoran Zaev qəza ilə bağlı başsağlığı verib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top