Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham edilir

REGİON 22 noy 2021, 22:24

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

"Sarkisyana qarşı qabaqlayıcı tədbir kimi harasa getməmək seçilib", - Komitədən bildiriblər.

Qeyd edək ki, söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən qalmaqal ilə tanınan sahibkar Silva Ambarçumyanın işindən gedir.

Ambarçumyan daha əvvəllər vurğulayıb ki, Serj Sarkisyana rüşvət verməyib və onunla tanış olmayıb. 

Vəkil Amram Makinyan Sarkisyanın dindirilmək üçün çağırılmasını absurd hesab edib və qeyd edib ki, iki il əvvəl Serj Sarkisyan şahid qismində dindirilib və indiyədək bu işlə bağlı yeni nəsə baş verməyib./qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top