Rusiya mətbuatı: Ukrayna ordusu hərbi əməliyyatlara başladı — Ağır döyüşlər gedir

DÜNYA 22 noy 2021, 11:50
Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.

“Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, – mətbu orqanı yazır.

“Regnum”un yazdığına görə, noyabrın 21-də də Donbasda atışmalar olub.

Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün  əks-hücum əməliyyatlarını aktivləşdirib.(ölkə.az)

Demokrataz

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top