Azərbaycanın karate komandası dünya üçüncüsü olub

İDMAN 21 noy 2021, 19:30

Azərbaycanın kumite üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistanla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top