“Neftçi” öz meydanında autsayderə uduzdu

İDMAN 20 noy 2021, 21:22
Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turunda sürpriz nəticə qeydə alınıb.

Demokrat.az xəbər verir ki, günün son matçında “Neftçi” “Sabah”ı qəbul edib. Hesabı meydan sahibləri açıblar. Amma son oyunlarda uğurlu çıxış edən “Sabah” bu oyunda əzmkar qələbəyə sevinib.

Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası
11-ci tur
20 noyabr

“Neftçi” – “Sabah” 1:2
Qollar: 
R.Maçado, 33 – C.L.Mikels, 53; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Bakı. “Bakcell Arena”, 18:15.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top