Gürcüstan Azərbaycan və Türkiyəyə şərt kəsdi: “Aqressor oradadırsa...”

XARİCİ SİYASƏT 19 noy 2021, 16:40
Gürcüstan altılıq platforması təşəbbüsündə iştirak edə bilməyəcək.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirib.

“Son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı mənim türkiyəli tərəfdaşlar, həmçinin azərbaycanlı və ermənistanlı həmkarlarımla görüşüm olub. İran xarici işlər nazirinin Gürcüstana səfəri zamanı da biz bu məsələni müzakirə etdik. Biz bu layihədə iştirak edə bilməyəcəyik. Bu geosiyasi layihədir. Amma, Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi heç bir toplantıda və ya qrupda iştirak etməyəcək. Mən bu məsələni Türkiyə, eləcə də Ermənistan tərəfi ilə görüşlərim zamanı kifayət qədər ucadan səsləndirmişəm”,- deyə D. Zalkaliani bildirib.(apa.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 yan 2022, 18:50
Top