Azərbaycanda minik avtomobillərinin istehsalı artdı

AVTO 19 noyabr 2021, 09:22
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1862 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 ədəd çox minik avtomobili istehsal olunub.

Demokrat.az xəbər verir ki, qeyd olunan müddət ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 323,4 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,0 faiz azalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top