Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 18 noy 2021, 16:47
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top