“Qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq”

GÜNDƏM 17 noyabr 2021, 23:52

"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi - siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq".
 

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tviter hesabında yazıb.

Spiker dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
 

"Allah şəhidlərimizə rəhmət eləsin!", - paylaşımda deyilir.
 

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top