İlham Əliyev Latviya prezidentini təbrik etdi

XARİCİ SİYASƏT 17 noy 2021, 16:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top