İrəvan ŞOKDA: Ermənistan hərbi fonduna yığılan pullar oğurlandı

REGİON 17 noy 2021, 16:10
İrəvanda Ermənistan ordusu üçün yığılan pullar oğurlanıb. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, dünən gecə saatlarında İrəvanda "Armpoçt"un ofislərindən birinə daxil olan naməlum şəxslər hərbçilərin sığorta fonduna köçürülməsi üçün yığılan pulları oğurlayıblar.

"Uzun müddətdir ki, bütün poçt şöbələrində kassalar quraşdırılıb ki, orada pul yatırmaq istəyənlər hərbi sığorta fonduna da pul köçürsünlər. Dünən gecə sərhəddə gedən döyüşlər fonunda fotoda gördüyünüz bu şəxslər əsgərlərə bağışlanan pulları kassadan soyublar", - deyə erməni mediasında dərc olunan yazıda bildirilir.  

Qeyd edək ki, hadisə anı kameralara düşüb. Erməni mediası həmin şəxslərin fotolarını yayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top