Qırğızıstanda yeniyetmələr və hamilə qadınlar peyvənd olunacaqlar

DÜNYA 17 noy 2021, 00:00

Qırğızıstan Səhiyyə Nazirliyi əhalinin COVID-19-a qarşı vaksinasiya tədbirləriylə maksimum əhatə olunmasına nail olmaq üçün 16-18 yaşlı yeniyetmələr, hamilə və laktasiya dövründə olan qadınları peyvənd edilməsi ilə bağlı qərar verib.

Məlumatda bildirilir ki, 16 noyabr 2021-ci il tarixinə ölkə əhalisinin 46%-i COVID-19 peyvəndi ilə peyvəndin birinci dozasını, 37%-i isə ikinci dozanı qəbul edib.

Qeyd olunur ki, paytaxt Bişkek yoluxanların sayına görə qırmızı zonadan sarı zonaya keçib, bütün digər rayonlar və bütövlükdə respublika yaşıl zonadadır, qırmızı zonaya aid olunası bölgə yoxdur. da bir dənə də olsun rayon yoxdur.

Davam edən peyvənd kampaniyası epidemioloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top