Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürüldü

HADİSƏ 16 noy 2021, 12:24
Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər keçirilib.

Həmin şəxsin meyiti noyabrın 16-da ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top