Mediasiya Şurası mediatorların ictimai qiymətləndirilməsinə başladı

GÜNDƏM 15 noy 2021, 15:45
Mediasiya Şurası mediatorların davamlı olaraq ictimai qiymətləndirilməsini həyata keçirməyə başlayıb.

Bu barədə e-huquq.az-a Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlunat verib.

O bildirib ki, vətəndaş məmnunluğunu təmin etmək, eyni zamanda mediator peşəsinin keyfiyyətini artırmaq, intizam icraatında vətəndaş iştirakçılığını və ictimai iştirakçılığı təmin etmək məqsədi ilə bu gündən davamlı olaraq mediatorların fəaliyyətinin elektron qiymətləndirilməsi həyata keçiriləcək.

"​Mediasiya Şurası vasitəsilə mediatora müraciət edən hər bir vətəndaş, hüquqi və fiziki şəxslər qeyd edilən sorğuda iştirak edə və xidmət aldıqları mediatorların fəaliyyətini şəffaf şəkildə qiymətləndirə bilər. Sorğuda iştirak edən vətəndaşların, hüquqi və fiziki şəxslərin və eyni zamanda fəaliyyəti qiymətləndirlən mediatorların fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı məlumatların məxfiliyinin qorunmasına zəmanət veririk", - deyə N.Adilov qeyd edib.

Sədr vurğulayıb ki, mediatorların qiymətləndirilməsində əsas məqsəd kəmiyyətdən keyfiyyətə keçidi təmin etməklə istər Mediasiya Şurası, istərsə də mediatorların ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına həmahəng olaraq özünü doğrultmaları, mediasiya alətlərini Qanunvericiliyin tələblərinə uyğun olaraq bütünlüklə tətbiq edilməsi istiqamətində fəaliyyəti gücləndirməkdir. "İnanırıq ki, apardığımız sorğular mövcud problemlərin təhlil edilməsi, onların qısa zamanda həlli, vətəndaş məmnunluğunun təmin edilməsi və mediasiya islahatlarında qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacaq. Bu eyni zamanda mediatorların peşə hazırlığının gücləndirilməsinə də dəstək olacaq. Hədəflərə çatmaq üçün mediatorların fəaliyyətinin ölçülə bilən meyarlarla vətəndaşlar tərəfindən qiymətləndirilməsi Mediasiya Şurasını üçün çox mühüm əhəmiyyətə malikdir".

N.Adilov həmçinin qeyd edib ki, mediasiya xidmətlərinin əlçatan və daha rahat olması, şəffaflığın ən yüksək səviyyədə təmin edilməsi üçün yaxın zamanlarda vətəndaş və mediatorlar arasında təmasın elektron sistem üzərindən tətbiq edilməsi nəzərdə tutulur.

Sədr sonda hər kəsi sorğularda aktiv iştiraka dəvət edib.

Sorğuda iştirak üçün link: http://mediasiya.gov.az/faydali/sorgular

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top