Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

DÜNYA 14 noy 2021, 19:14

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

O, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında “cinayət” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə saxlanılma qərarı çıxarmışdı./qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top