Yevlaxda itkin düşmüş tələbə tapılıb

SOSİAL 14 noy 2021, 13:30

Yevlaxda itkin düşmüş tələbə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib:

"Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib".

Qurum rəsmisi qeyd edib ki, qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top