Taekvondoçumuz Avropadan medalla qayıdır

İDMAN 13 noy 2021, 19:20
Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyində taekvondoçumuz Pünhan Mürsəlov bürünc medal qazanıb.

Demokrat.az xəbər verir ki, gənclər arasında keçirilən yarışda 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Almaniya, Moldova təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda isə rusiyalı idmançıya məğlub olan P.Mürsəlov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda ölkəmizi 15 idmançı təmsil edir. Avropa birinciliyi noyabrın 15-də başa çatacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top