Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı AÇIQLAMA

SOSİAL 11 noy 2021, 16:31
“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub”.

Bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, binanın fasadı bərpa olunacaq: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top