"Bildiyiniz kimi neftin qiyməti son günlərdə 85 ABŞ dollarını ötüb. Bu isə mütləq olaraq büdcəyə daxilolmalar və eyni zamanda, qiymət artımın iqtisadiyyata təsiri müzakirələrini aktuallaşdırıb. Parlamentdə 2022-ci il üçün nəzərdə tutulan büdcə elementlərinin müzakirəsi zamanı da bildirilmişdir ki, ortalama olaraq neftin 1 barelinin qiyməti 45 ABŞ dolları həcmində götürələcəkdir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Elmir Səfərli deyib. Ekspert hesab edir ki, bu olduqca doğru və konservativ yanaşmadır:
"Çünki neftin qiyməti hər zaman müəyyən periodlara uyğun olaraq dəyişə bilər. Hesab edirəm ki, bu artım da uzun müddət bu rəqəmlərdə qərar tutmayacaq. Növbəti il üçün büdcədə neftin qiymətinin bugün üçün artırılmış məbləğ üzərindən diqqətə alınması isə riskli hesab olunur. Çünki büdcədə proqnozlaşdırılan gəlirə uyğun xərclərin bölgüsü həyata keçirilir. Əgər 2022-ci ildə neftin qiyməti bugunkü dəyərindən aşağı düşərsə, dövlətin öhdəliklərini müəyyənləşdirilmiş çərçivədə həyata keçirilməsində problem yarana bilər. Arzuolunandır ki, neftin qiyməti bu tempdə artan tendensiyada davam etsin. Çünki hələ də, dövlət büdcəsinin neft gəlirlərindən asılılığı mövcuddur. Təbii ki, neftin qiymətinin növbəti il üçün bu tendensiyada artan istiqamətli davam etməsi Neft Fonduna daxil olmaları birmənalı şəkildə artıracaq".

E.Səfərli əlavə edib ki, bu isə növbəti illər üçün prioritet hesab olunan layihələrin icrasına imkan yaradacaq:
"Eyni zamanda, Neft Fonduna nəzərdə tutulandan daha çox vəsaitin daxil olması növbəti illər üzrə dövlət büdcəsində nəzərdə tutulan öhdəliklərin normal yerinə yetirilməsinə, eləcə də , iqtisadiyyatın dirçəldilməsinə, qeyri-neft sektorunun inkişafına maliyyə transferlərinin artırılmasına, əhalinin, xüsusən, həssas qrupların sosial təminatının yaxşılaşdırılması ilə bağlı proqramların və tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq".
Aynurə
Demokrat.az