Rusiya Xocalıda pravoslav kilsəsi də açdı… — İcazə vermişikmi?

QARABAĞ 11 noy 2021, 14:08
Dünən - noyabrın 10-da  Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki hava limanı yaxınlığında 1 il öncə torpaqlarımıza yeridilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi birləşməsinə məxsus hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi də açılıb.

Demokrat.az xəbər verir ki, "TASS"ın yaydığı məllumata görə, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak ediblər.
 


“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov belə  deyib.
 


28 il öncə ermənilər tərəfindən  Azərbaycan vətəndaşlarına qarşı Rusiyanın 366-cı alayının dəstəyi ilə kütləvi soyqırım həyata keçirilmiş Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsinin lap hökumətimizin icazəsi olsa belə, yenə də mənəvi baxımdan doğrudurmu?..(moderator.az)
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top