Sürücülərə xəbərdarlıq edildi — RƏSMİ

GÜNDƏM 10 noy 2021, 18:59

Paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. 

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər:

“Yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir.

Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top