10 noyabr tarixli Bəyanatın imzalanmasından 1 il ötür. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin birgə imzaladıqları Bəyanat arxada qalan dövr ərzində nə dərəcədə icra olunub, sənəd münaqişəyə son qoya bilibmi?
Bu Bəyanat, ilk növbədə Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən sənəddir və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Cəmi 44 günə Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü. 8 noyabr tarixində Şuşanın işğaldan azad olunmasından sonra Ermənistanın təslim olması an məsələsi idi. Belə də oldu, Suşanın düşmən tapdağından təmizlənməsinin ardınca, Azərbaycan ordusunun noyabrın 9-da 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edilməsi barədə məlumatı yayıldı və saatlar sonra Ermənistan təslim oldu!
44 günlük müharibənin nəticələri bütünlüklə Azərbaycanın xeyrinə idi və düşmənin təslim olmasını özündə ehtiva edən sənədi imzalamaq üçün hər hansı maneə qalmırdı. Azərbaycan Ordusu yeni reallıq yaratmışdı: nə qondarma rejim qalmışdı, nə də 30 ildir danışıqlar prosesində Ermənistanın irəli sürdüyü şərtlərdən əsər-əlamət. Üstəlik düşmən tərəf Azərbaycanın şərtlərini qəbul etmişdi.
Bütövlükdə sentyabrın 27-dən Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanan Bəyanata əsasən, inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən Azərbaycana geri qaytarıldı. Bu 3 rayonun boşaldıldı və Ermənistanla sərhəd bölgələr Azərbaycan Ordusunun nəzarətinə keçdi (Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazini Ermənistanla əlaqələndirən 5 km-lik Laçın dəhlizi istisna olmaqla).
Ümumi mənzərə odur ki, Bəyanata uyğun olaraq atəşkəs təmin edilib, rayonlar qrafikə əsasən Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb.
Bəyanatda əksini tapan digər məsələlər prosesin növbəti mərhələsini ehtiva edirdi. Belə ki, 3 il ərzində Ermənistanla əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaası planı müəyyən ediləcək, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq, BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edəcək. Azərbaycanın Qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq.
Ötən dövrdə qeyd olunanların həlli istiqamətində müəyyən addımlar atılıb.
Bəyanatda yer alan vacib məqam Naxçıvanın da blokadadan azad olunmasını şərtləndirən Zəngəzur dəhlizinin açılmasıdır. Bir ildə bu dəhlizin açılması üçün davamlı siyasi proses yürüdülüb, bu ilin 27 oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştırakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.
Bəyanatdan danışarkən ən çox müzakirə olunan Rusiyanın sülhməramlı kontingenti ilə bağlı məsələdir və bundan bəzən müəyyən dairələr tərəfindən Azərbaycanın qələbəsinə kölgə salmaq üçün istifadə edilir.
Burada unudulan bir sıra məqamlar var. Birincisi, olduqca məhdud sayda və ərazilərimizin cəmi 3 faizində təhlükəsizliyi təmin etməli olan bu kontingent ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Bu məsələ Bəyanatda açıq şəkildə öz əksini tapıb. İkincisi, Bəyanata uyğun olaraq, sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Müəyyən təxribatları nəzərə alsaq, bu bəndin tam icra olunduğunu vurğulamaq mümkün deyil. Proses davam edir. Eyni zamanda, rəsmi Bakı ara-sıra sülhməramlıların öz fəaliyyətlərinə zidd olan bir sıra davranışlarına seyrçi mövqe turmayıb. Rəsmi etirazlar onunla nəticələnib ki, sülhməramlılar davranışlarını korrektə ediblər.
Beləlikə, 10 noyabr Bəyanatının imzalanması ilə yeni mərhələ başlanılıb. Masada güc, qalib gələn tərəf bizik. Ümumiləşirsək Azərbaycanın sülhə razı olması ölkəmizin şərtlərinin qəbul olunması çərçivəsində baş verib və imzalanan Bəyanatda ölkəmizin maraqlarına zidd heç nə yoxdur.
Bu Bəyanat Azərbaycanın tarixi Qələbəsinin tanınmasını özündə əks etdirən tarixi və tutarlı sənəddir. Azərbaycan Prezidenti yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə 44 günlük Qələbəmizi, həmçinin onun tanınmasını təmin edib.
Nəticə budur ki,
- regionda son bir ildə 44 günlük Zəfərin müəllifi olan Azərbaycanın maraqlarına cavab verən tamamilə yeni reallıq yaranıb;
- Ermənistanın Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları tam qüvvədən düşüb, bu gün hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir;
- Status-kvo tam dəyişib. Azad etdiyi bütün mövqeləri özündə saxlayan, bu ərazilərdə böyük sürətlə quruculuq işləri həyata keçirən Azərbaycan bütövlükdə şərtləri diqtə edən tərəfdir;
- Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı məsələ gündəmdə deyil və bu məsələnin arxivə gömülməsini nəinki dünya, düşmən tərəf da anlayır;
- Ötən bir ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsü yaranıb, vaxtilə süni şəkildə yaradılmış Dağlıq Qarabağ ərazi bölgüsü ləğv edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkilib, Dağlıq Qarabağ adı altında status məsələsinə nöqtə qoyulub.
10 noyabr tarixli kapitulyasiya aktından sonra Ermənistanın özünü toparlayacağı, revanşist meyllərin artacağı barədə deyilənlər özünü doğrultmayıb. Bu gün Azərbaycanla Ermənistanın durumu hər şeyi gün kimi ortaya qoyur. Regonda söz sahibinə çevrilən, daha da güclənən Azərbaycanın qarşısında xaosa sürüklənən, ordusu, iqtisadiyyatı məhv olan başqa dövlətlərin hesabına zorla ayaqda duran Ermənistan dayanıb. Və proseslər Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığa uyğun davranmasından başqa çarəsinin qalmadığını isbat etməkdədir.
Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az