“Sun” markası şəhid övladları üçün layihəsini həyata keçirdi — FOTOLAR

BİZNES 10 noy 2021, 11:54
“Sun” markası – 8 Noyabr - Zəfər Günü ərəfəsində Masallı, Cəlilabad və Salyan bölgələrində yaşayan şəhid övladları üçün “Müasir Psixologiya Mərkəzi” və “Xarıbülbül fidanları” təşkilatı ilə birlikdə “Bakı sizi səsləyir” layihəsi həyata keçirib.

Layihə çərçivəsində şəhid övladları ilk olaraq II Fəxri Xiyabanı, General Polad Həşimovun məzarını ziyarət edilər və Zəfər yarmarkasında əsgərlərə məktub yazdılar. Qobustan qoruğu, Bakı bulvarı və Bakının digər müxtəlif gözəl yerlərini gəzdikdən sonra uşaqlarla müxtəlif interaktiv oyunlar keçirildi. Daha sonra isə şəhid övladları psixoloji diaqnostika edilərək psixoloji dəstəyə ehtiyacı olanlar müəyyənləşdirildi və psixoloji dəstək verilib.

Bakı ilə tanışlıq, interaktiv oyunlar və psixoloji diaqnostika ilə dolğun 2-günlük Bakı səyahətinin son günü uşaqlar Bakı Zooloji parkını və “Suraxanı” gəmi muzeyini ziyarət etdilər. Suraxanı gəmi muzeyində təşkil olunan tədbirdə müğənnilər Amil Həsənli və Samirə Allahverdiyeva çıxış edərək həm uşaqları ruhlandırdı həm də əyləndirdi. Sonda isə “Sun” markası və “Xarı bülbül fidanları” adından hədiyyələr təqdim edilib.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim yad etmək hər birimizin borcudur. Əsas vəzifələrimizdən biri isə onların bizə əmanət qoyub getdiyi ailələrini unutmamaq və onların daim yanında olmaqdır. “Sun” markası bu layihə ilə birlikdə şəhid övladlarına kiçik də olsa bir töhfə verdi və bundan sonra da bu kimi sosial məsuliyyət layihələrini davam etdirəcək.







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top