Dollar kreditlərinə görə kompensasiya ödəniləcək

MALİYYƏ 06 noy 2021, 15:13
Gələn il Azərbaycanda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompenasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 milyon manat vəsait ayrılacaq.

Demokrat.az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan başqa, sənədə əsasən, sahbikarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsinə görə 9,3 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, 2 maddə üzrə dövlət xərcləri 18,8 milyon manat təşkil edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top