Azərbaycan Premyer Liqası: "Zəfər turu" 2 oyunla başlayacaq

İDMAN 06 noy 2021, 08:30
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Demokrat.az xəbər verir ki, "Zəfər turu" 2 qarşılaşma ilə başlayacaq.

Günün ilk matçında "Sabah" yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında "Zirə"ni qəbul edəcək. Ardıcıl 2 turdur qələbə qazanan meydan sahibləri hazırda 7 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. 15 xalı olan "Zirə" isə 4-cüdür.

Komandalar indiyədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Sabah", 3-də "Zirə" qələbə qazanıb. 4 oyun heç-heçə başa çatıb. Topların nisbəti də autsayderin xeyrinədir - 16:14. “Sabah” son 3 oyunda rəqibinə uduzmayıb. “Qartallar” isə bütün səfər matçlarında qol vurub.

Digər qarşılaşmada 17 xalla 2-ci sırada yer alan "Neftçi" 7 xalla 7-ci yerdə gedən "Keşlə"nin qonağı olacaq. Bu, iki kollektivin Premyer Liqadakı 68-ci dueli olacaq. Əvvəlki 67 matçda meydan sahibləri 15, qonaqlar 37 qələbə qazanıblar. 15 görüşdə qalib müəyyənləşməyib. Flaqman ölkə çempionatına təsadüf edən paytaxt derbilərində 106 qol vurubsa, Sənan Qurbanovun başçılıq etdiyi kollektiv 63 dəfə fərqlənib.

“Keşlə” son 6 oyunda rəqibinə məğlub olub. “Neftçi” isə ardıcıl 3 matçda üç qol vurub.

Azərbaycan Premyer Liqası

X tur

6 noyabr (şənbə)

15:00. “Sabah” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.

19:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena".

Qeyd edək ki, tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top