Dövlət Neft Fondu hərraclarda nə qədər dollar satdı?

İQTİSADİYYAT 02 noy 2021, 23:14
Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Sputnik Azərbaycan-a Fonddan bildirilib.
Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Fondun valyuta satışı 25,5 milyon dollar az olub.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayında 437,3 milyon ABŞ dolları, mart ayında 397,7 milyon ABŞ dolları, aprel ayında 509,9 milyon ABŞ dolları, may ayında 312,7 milyon ABŞ dolları, iyun ayında isə 463.6 milyon ABŞ dolları, iyul ayında 461,6 milyon ABŞ dolları, avqust ayında 512,3 milyon ABŞ dolları, sentyabr ayında 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top