Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər

REGİON 01 noy 2021, 22:28
Gürcüstanın müxalif “Qirçi-daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze deputat mandatından imtina edib. 

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, Caparidze jurnalistlərə açıqlamasında deyib: 

“Belə bir reallıq var ki, kimlərsə başımızın üstündə oturub və deyirlər ki biz sizin hökumətinizik. Onların heç bir legitimliyi yoxdur. Onlar keçən il də, bu il də seçkiləri uduzublar. Parlament üzvlüyündən imtinamla bağlı ərizə yazmağa hazırlaşıram”. 
Bundan əvvəl “Vahid milli hərəkat” partiyasının üzvü Nonna Mamulaşvili də deputat mandatından imtina edib. “Lelo” partiyasının sədri Mamuka Xazaradze də bu addımı atacağını bəyan etmişdi. 

Hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvili müxalifəti Xazaradzeni nümunə götürərək deputat mandatından imtina etməyə və parlamentdən getməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top